Osman Gazi Kandemir‘in “Karanfil” adlı romanı Azerbaycan’da da yayınlandı. Bu yayında büyük emeği olan Prof. Dr. Minehanım Nuriyeva Tekleli‘nin kitabın tanıtımı için yazdığı yazıyı orijinal şekli ile sunuyoruz. Birkaç harf farklılığı ile okunmakta bir sıkıntı olmayacağını düşündük.
***
Prof. Dr. Minehanım Nuriyeva Tekleli tarafından yazılan ve Azerbaycan Kaspi gazetesinde yayınlanan “Karanfil” tanıtım makalesi:
Kardaş harayına qoşan igid
Prof. Dr. Minehanım Nuriyeva Tekleli
31 Mart 2014
Karlı – şahtalı soyuq bir qış ahşamında ağlar səslə çəkilən bir haray kalbimi göynətdi, dərhal da ağlar kalbimdə bir ümid işığı şölə çəkdi, bizi unutmayanlar hökmən vardır; kardaşlarımız da yatmamışlar… Hər şey bugünkü kimi yadımdadır: Bakıya çatan qorhunc həbərlərin ardınca qan-qada selindən bir möcüzə olarak yarımcan qurtulan soydaşlarımız, amma kalbi ömürlük yaralı kardaşlarımız, hərəsi bir evin sevinci olan , indisə min kalbin kədərinə keçən körpə cənazələri… Sən demə, o hayqırtı təkcə mənim ürəyimə işləməmiş, tək məni silkələməmişdi. O hayqırtıya – mərdlik yürüşünə çağırışa hay verib yola çıhan kardaşlarımızı da yerindən etmişdi… İndi elimdə bir kitab var: Osman Kazi Kandemirin “Karanfil”(Ankara, 2013) romanı. Kitab bir fevral günü də gelib mənə yetişdi. Mehmet müəllim- Kafqaz Araşdırmaları İnstitutunun direktoru dos. Mehmet Rıhtım- necə deyərlər, Azərbaycanımızı bizim qədər tanıyan, bizim qədər də sevən Mehmet bəy İstanbuldan yenicə aldığı kitabı mənə verərək, burada 20 il əvvelin hadisələrinin şahidi genc bir kahramanımızın söylədikləri, romana çevrilən yaşadıkları ve başı çəkən olaylar əks olunub, ohuyarsan, dedi. Artıq mən də kitabdan həmən nələri umacağımı bilirdim; onu aldım, ohumağa başladım. İndi budur, kitabla birlikdə o illərin güllə səsləri, tank-top gurultuları altında o çağlara dönürəm, kitabdan da gözlərimi ayırmadan: Seyfi adlı bu genc zabit öz gelişi ilə hər kəsdə, hər kəsin kalbində bir ümid çırağı yandırır. Budur, ətrafındakılar birdən birə Türkiye türkcəsini eşidib ilk an çaşıb qalırlar; bu adam Türkiyedənmi gəlmişdi? Türkiye onlara komutanmı göndərmişdi? Hər kəs aynı şeyi düşündüyündən, hamının gözlərinin içi gülməyə başlayır. Bununla meydanda kimsiz-kimsənəsiz qalan soydaşlarımızın ürəyinə təpər gelir, gözəl gələcək ümidləri cücərib canlanmağa başlayır. Nə etmeli, müharibə gedirdi, günü-gündən vəziyyət ciddiləşir, çıhılmaz həddə gelirdi ve belə anlarda hər şeydən əvvəl ilk olarak kardaş köməyinə ehtiyac duyulur. Eynən 18-ci il yada düşür ve Mosul –Təbriz – Nahçıvan – Zəngəzur – Aran Karabağ yolu ilə bu yolu at üstündə qət edən Nuri paşanın Yevlah stansiyasında ve Gencedə istiqbal ehtişamı, Bakıda eynən “göydən enmiş mələk” timsalında qarşılanması təntənələrini yada salır. Beli, yol həmin yoldur. Demək 18-də olduğu kimi indi də Türkiyedə duyğularımızı, düşüncələrimizi ve taleyimizi bölüşən ne qədər insan varmış…Seyfi ve Seyfi kimi igidlər Türklər üçün təkcə Türkiyenin deyil, Azərbaycanın da, Kırğızıstanın da, Türkmənistanın, Özbəkistanın da vətən olduğunu yahşıca anlamışlar. Beləcə dünyada Türk birliyinə nail olmaq, bu birliyin siyasi yöndən deyil, tale birliyi olduğunu anlayaraq ona nail olmaq lazım olduğunu da bilmişlər.
Azərbaycana “Ümid qapısı” adı verdiyimiz qapıdan girən kahramanımız… indi biz onun – bu əziz qonağın gözüylə bahırıq o günlərə… həmin andan onun həlelik kağız üzərində mövcud olan ordumuzun vəziyyəti ilə bağlı məlumatları, bu zaman çok ağır durumda olan Azərbaycan bölgələri ve yerli əhalinin əhval-ruhiyyəsinin təsviri ohucunu məşğul edir. Onun gündelikləri sanki bir yol rəhbəri kimi ohucunun elindən tutub həmin döyüş yollarından keçirir.
Ayaq basdığı kardaş ölkənin hətta kiçik məntəqəsi belə ve oradakı döyüş şəraiti müfəssəl, dəqiq bir şəkildə təsvir olunmaqla ohucuda silinməz təəsüratlar yaradacağına inanırıq. Bu böyük fədakarlıqlar qarşısında mən – ohucunun minnətdarlıqdan dili belə sözünə bahmır; lal sükuta qərq oluram: qısa bir zamanda pərən-pərən düşən gencliyi bir yerə toplaması, onları yetişdirməsi, nəhayət bu yolda canını fəda etməsi bu qədər həm uzun görünən, amma gözlə qaş arası bir məsafədə az vahtında könüllərimizdən getməyəcəkdir… Həmin illərdə meydana çıhmış kardaşlıq türküsü də bunu deyir:
Tarih boyu bu əhdimiz sarsılmaz,
Türk milləti har olmamış, har olmaz.
Hər bəladan Türkün beli bükülməz
Sənsən mənim qan kardaşım Türkiye.
Kitabın adı Kərənfil… Nə yahşı, “karanfil” ve “karanfil”imiz də eynidir. Nə yahşı, karanfil kimi minlərlə sözümüz eynidir; dilimizdə ne var eynidir. Dilimizdə, kalbimizdə ne var eynidir… Müdrik rəhbərin bir neçə illər əvvəl dediyi “biz bir millət-iki devletik” bizlərə əmanət sözü öyrədir ki, bizim istər çətin günlərdə, istər hoş, fərəhli günlərdə də əllərimiz bir-birimizin ovucunda, kalbimiz daim bir vurmaqdadır.
Əziz ohucum, çok istərdim ki, “Kərənfil” romanının kahramanını, ağır günün dostu olan kahramanımızı da yahından tanıyaq, bunu çok da sonraya sahlamayaq. Niyyət, mətləb ne qədər güclü olsa da hər bir şey kimi onun da onun da həyata keçməsinə bir təkan lazım gelir. Genc qızlarımızın, gelinlərimizin qolubağlı düşman əsiri olarak sərgərdan halı ürəklərə od saldığı həmin günlərdə Seyfi də röyasında ağsaqqallı bir baba görmüşdü; elə yuhudaca onun nəsihətini dinləmişdi: soydaşıq, aynı qandanıq, aynı kökdənik, aynı taleyi də paylaşmalıyıq. Kardaş millətin aldığı yaranı biz də öz canımızda hiss etmeliyik. Belə günlərdə kənarda durmaq olmaz ki…” Əslində Seyfini narahat edən bu tapşırıq bizi düşmənə qarşı birliyə, mübarizəyə çağıran ata-babalarımızın ruhu idi. Özüm bu pirani qocanı görər kimi oldum: bu dəfə isə o üzünü mənə tutmuşdu, qətiyyətlə: Azərbaycana düşmənlik edən insanlar onun neçə qat əzabını çəkəcəklər… buna inan, deyirdi.
Kəhrəmanımız – genc Seyfi Kafqaz İslam Ordusu tarihini öyrənməyə çalışır, Azərbaycana qovuşmağa niyyətlidir… Seyfiyə də ne olmuşdusa da olmuşdu: artıq Azərbaycan eşqini ağlına –kalbinə yerləşdirmişdi. Bu vurğun genc Azərbaycan yoluna niyyət edəndə münaqişə qızışmışdı; dünənin qonşusu bu iki halq bir-biri ilə pəncə-pəncəyə gəlmişdi. Konşu olsa da kalbindəki zəhərli kini, qan süzülən nifaqı həyanət həncəri kimi qəfil çəkib arhadan saplamışdı; Hocalı qətliamı baş vermişdi. Kəhrəmanımız da gelib ona yetişən həbərlərdə peydərpey Azərbaycanı dinləyir, qəzetlərdə ilk öncə bu məlumatları ohuyurdu. Bir eli tətikdə olan kahramanımın bir eli də tarihdədir; Demək,18-də də , indi də yenicə müstəqilliyinə qoşulan Azərbaycan cümhuriyyəti yanında kardaş Türkiyeni görmüşdü. İndi də budur, Seyfi bəy – bizim əsrin sonu tapdığımız kahramanımız da bir hilaskar kimi köməyimizə gelir, dadımıza çatır, həm də tarihimizlə tanış ola-ola.
Məhz tarihi təcrübələr, Seyfinin daldığı ve bir elində tutduğu kitablar-qaynaqlar da göstərirdi ki, heç kim bu kardaş devletin arasına girə bilməz. Əslində burada qeyri adi ne vardı ki… Mənim də o günlər bu gün kimi yadımdadır, cənublu bir kardaşımız gəlmişdi; televiziyadan gördüyü bir səhnə onu yerindən etmişdi, Hocalı fəryadına qoşmuşdu; bir qız ağlayırdı başı-gözü açıq, saçları elində, dayanmadım, gəldim,-deyirdi.
Keyrət qılıncdan güclüdür
Beli, dediyimiz kimi bu mücahidin adı Seyfidir. Seyfi qılınc, qeyrət deməkdir. Kılınc Türkün ya elində olar, ya belində. Lakin o da məlumdur ki, türk qılıncı ədalət uğruna enib-qalhar. Lakin Seyfinin qarşılaşdığı cebhelərdə vəziyyyət gizli yürüdülən “siyasətlər” üzündən müəmma içindədir. Bu əsərdə də aydın nəqş olunub: “Seyfi cavab vermədi, cavab vermək istəmədi. Haradan düşdüm bu qurdlar süfrəsinə, mənim işim suçluları, həyanət edənləri arayıb bulmaq deyil ki, mən buraya cebhedə savaşmağa gəldim demək istədi, amma susdu, bu da savaşın bir parçası-dedi içində” Bu bahımdan da bizim mücahidimizin işi çətindir; həm erməni, həm də ara qarışıqlığında satqın dəllalarla silah alverçiləri, bir də yaddan çıharmayaq ki, hələ də sovet hökuməti hofundan çıha bilməyən yerli idarəçilər- hamısı yol üstündə qara daşa çevrilmişlər. Ne etmeli, görünür, her dövrün müharibəsi öz dövrüncə dərk olunmalıdır. Təsadüfi deyil ki, Elçibəy ona “Sənin işin Nuri paşadan zor olacaq” demişdi.
Bizim mücahidimizin Azərbaycana gelişində gördüyü mənzərə: işıqsız evlər, odsuz-ocaqsız qalan halq…amma sabaha azad Azərbaycan sevdaları ilə kalbini qızdırmış əhali…ağrısını-acısını devlet müstəqilliyimizin bəhş etdiyi fərəhin içində əridə bilən halqımız, bir sözlə, yaşadığımız Azərbaycan idi. Çoh şeydən yazır Seyfi… Müharibənin amansız qanunları bu “mövzuy”a özünəməhsus rəng verir; erməniyə tank satan həmyerlimiz, Seyfi kimi igidin həyanətlə öldürülməsinin bəzi evlərimizdə “kaliteli vodkalarla kutlanması”… mənim özümü həcalət təri basır… Bir də erməni qızına sevgisinin, ve bu qıza kişi kimi verdiyi sözün dönüb onun özünü “ələ verdiyi” əslində cəsur, igid könüllümüz-Mübarizimiz. Nə deyək daha, erməniyə evlənib onu uşaqlarının anası edən ve öz soyunu müəmma bir heçliyə salan “soydaşlarımız” bir ibrət götürələr. Bu özü bir əhlaqsızlıq, ən azından etikasızlıq deyilmi. Arada sel kimi qan gölü varkən, savaş dəhşətləri qoparkən bir damın altında yaşamaq-ər-arvadlıq qurmaq mümkünmü?!
Kitabın ilk səhifəsindən anlayırsan ki, özü kimi, adını da sevdiyimiz Seyfi yüzbaşı qətiyyətlidir, cəsurdur… İndi isə mən Nuri paşa ilə müqayisələr aparıram… əsər boyu Kafqaz İslam Ordusu barədə ohşarlıqlar Nuri paşa missiyası ilə tənləşir, bənzərliklər tapılıb ireli yürüdülür. Əslində ohucu bunu özü də həyalında qoşalaşdırıb eyniləşdirə biləcəkdir.
Budur, Nahçıvandan yola qoyulan Seyfi bəy Laçındadır… bu yurdun laçın igidlərini başına yığır; şücaətlər göstərir,intiqam alır. Keyri-ihtiyari düşünürsən: Sultan bəyin, Xosrov bəylərin bu dağlara, dərələrə hopan ruhu yavaş-yavaş aram tapır. Seyfinin bir müsafir kimi (cibində Azərbaycan kimliyi olması ilə bərabər) Azərbaycanı, Bakını gəzərkən müşahidələri maraqlıdır. Seyfi röyada görüşdüyü müəlliminin gözü ilə süzdüyü Bakıya – Azərbaycana böyük Türk ailəsini birləşdirən bir körpü kimi bahır; Asiyaya açılan bu qapıdan keçməklə həqiqətən Özbəkistana, Kazahıstana, Türkmənistana, Kırğızıstana getmək mümkündür.
Bütün hadisələri… məhəbbət, yenicə oyanan sevgi müşayət edirdi. Bu sevgi od-alov içində, lakin onun qada-bəlası, acı məhrumiyyətlərilə heç tutuşmayan bir şəkildə şən qayğısız uşaq kimi doğulmuşdu. Amma bu eşq sanki hatirəyə çevrilmək üçün doğulmuşdu: odur ki, özünün ilk qığılcımlarından gur tonqala çevriləcəyi ve bu gur ocağın haradasa yahınlarda alovları üstünə soyuq su tökülüb söndürüləcəyini yahşıca-yahşıca duyursan. Sakit, həzin, yalnız hatirəyə məhsus bir hüznlə dilə gələn məhəbbət. Roman qədər təssüratlar oyadan bir tarihçə. Sanki bununla da başlamadan kifayətlənmək olardı. Hər şeyin o zalım, o eybəcər ayrılığa doğru irelilədiyini hiss edirdim. Lakin o günlərin şahidi mən-o günlərə dönmək, bir də yaşamaq keçirdi ürəyimdən. (Əziz ohucum, kitabı ohuyarkən bu yerləri kalb ağrısıyla keçirsəm də, artıq yazını yazarkən özümü sahlaya bilmədim, o gizlətdiyim göz yaşlarım birdən-birə car oldu. Bir yandan da hər zaman açıq olan radiomdan Bülbülün öz bülbül ləhcəsiylə “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır…” deyə ahəstə-ahəstə zümzüməsi-daha mümkün deyildi)
Əsərə həm sırf bədii əsər, həm də bu yahın tarihimizin – Karabağ müharibəsinin döyüş şəraitini təsvir edən ayrıca bir tarihi əsər kimi qiymət vermək mümkündür. Zənnimizcə, kitabın əhəmiyyəti böyük görünür; Azərbaycan tarihi hülasələr – söhbətlər, mükalimələr şəklində çatdırılır. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Əhməd Ağaoğlu, Əbülfəz Elçibəy kimi böyük şəhsiyyətlərin yad edilməsində məqsəd bu simaların təkrar yaşadılmasıdır..
Roman elə bir roman tərzində həmin illərin Bakısı, Azərbaycanı bizə ve kardaşlarımıza yahşı tanıtmaqdadır. Bu da onun real müşahidələr əsasında ve çok səmimi, təsirli bir dillə yazılması ilə bağlıdır. Obrazların həyata bahışları, onların həyat hadisələrini dərketmə ve dəyərləndirmə qabiliyyəti, qələmin sehri ilə yenidən canlanan keçmiş tarih səhifələri: hadisələr, faktlar kamil, həm də maraqlı bədiilik vasitələri ohucunu keçmişə – 90-cı illərin ilk illərinə dalmağa, bu məsafəni geri dönməyə vadar edir. Belə ki, ohucu asanlıqla, çətinlik çəkmədən həmin aləmə – çohumuzun şahidi olduğu tarihin təbii aləminə, abi-havasına dahil olur. Bu göz yaşlarımız ələnən keçən günlərin hatirəsi bir meh əsintisi kimi bütün detallara siraət edir.
Kazi-yazarımızın müşahidələri iti olduğundan təsviri realdır; doğru-dürüst çəkilmiş rəsm kimi: Seyfi Kələkidə bəyin görüşünə gedərkən ondan mühafizəçilər üstündəki silahını istəyir o inad edir, mübahisə qızışır. Əsərdən dinləyək: “Elçibəy səsə qapıda görünür: Burahın onu necə istəyir elə də olsun. O nəcib bir millətin övladıdır. Hər yerdə silahını burahmaz. Gəl bakalım, komandanım. Elçibəy sıh-sıh sarıldı Seyfinin elinə, gözlərinin içinə baharaq hoş gəlmişsən, kardaş otağına, deyib sarılıb yanaqlarından öpdü. Duydum, hər kəs duymuş sənin adını, bir həftədir, nam saldın ətrafa”. Tam Elçibəyi ifadə edən sözdü bu söz, məncə…
Əsərin dili sənətdə daim böyük önəm verilən əyaniliyin meydana çıhmasına səbəb olur. …Annesinin karnında dünyaya gelmeyi bekleyen çocuq gibi, metal bir dolabın içində oturan adam, kamyonun durduğunu hiss edib dışarıdakı seslere kulak kabartdı” Belə cazibədar təsir bağışlayan mükəmməl təsvir göz önündə tam bir mənzərə cızır.
Müəllifin öz təhkiyəsi çok emosional ve təsirlidir. Belə ki, təhkiyə dilinin təsirliliyini romanda ideya dərinliyi ve məzmun kamilliyi ilə yanaşı, müəllif dilinin gözəlliyini ciddi nailiyyəti hesab olunmalıdı: …Şəhəri çıhıb qüzeydoğudakı dağlara doğru yönəldiklərində Reyhan atını deli kimi çapmağa başladı. Seyfi yavaşladı, bir müddət sonra durdu. May coşqunu selli dərələr kimi ahırdı Reyhan. Kış boyunca dağları bəyazı ilə örtən, baharda isə əsarətindən qurtulub, sevgilisi dənizə qovuşmağa tələsən sular kimi ahırdı Reyhan. Yaşadığı dünyanın dərdlərinə, umuzlarındakı yüklərə, gələcəyin naməlumluğuna inad, sanki özgürlüyə ahırdı Reyhan. Yaşıl ovanın üzərində atıyla bədəni bütünləşmiş şeir kimi gedirdi Reyhan. …Geriyə bahdı, Seyfini aradı gözləri. Bu səfər Seyfi atını dördnala sürdü ona doğru. İndi Reyhan seyr edirdi onu, Seyfinin ona doğru şeir kimi gelişini… Seyfi atından enib ona bahırdı, Reyhanın yanaqları qıpqırmızı idi; alnınından az qala tər muncuqq-muncuq süzüləcəkdi. “Tər içində qalıbsan, deli qız, deyib qeyri-iradi arha cibindən dəsmalını çıharıb ona doğru yürüdü. Karşıdan düşən günəş rəqabətdən vaz keçmiş, Reyhanın gözəlliyini önə çıharmağa çalayırdı. Seyfi elindəki məndili onun üzünə yahınlaşdırdığında Reyhan geri çəkilmək əvəzinə gözlərini qapadıb alnını ireli uzatdı. Seyfi onun alnındakı tər damlalarına həfifcə tohunarkən Reyhanın köksü uzun bir qaçışdan sonra anidən duran insanın ürəyi kimi enib-qalhmağa başladı. Seyfi yavaş-yavaş elinin Reyhanın üzündən aşağıya doğru qaydığını hiss etdi. İndi qapanmış gözlərinin üstündəki tər damlalarına basırdı mənili. Narın bir çiçəyi ohşar kimi gəzdirdiyi eli dodaqlarının üzərinə endiyində Reyhanın nəfəsini hiss etdi barmaqlarında; elini çəkmək istəyir, amma çəkə bilmirdi sanki”.
Sevgi-məhəbbət karanfilləri –həm də ayrılıq-gözyaşı çiçəkləri olan mihəklərin-karanfillərin bizimçün hüsusi yeri var: müşahidəsiz də demək mümkün ki, müəllif harada karanfili yada salırsa o zaman sevgidən söhbət gedir demeli, haçan sevgidən danışırsa karanfil yada düşür. Kərənfil kitabın hər yerində qarşınıza çıhacaq…”Reyhan özünə yahın bildiyi, evlərində hidmətçi işləyən qadının “onu sevirsən mi?” sualını eşitcək “uca dağlar başında, ağaclar arasına sığınmış göllər kimi oldu: hərəkətsiz, səssiz, dumduru, dalğasız. Sadəcə vəhşi heyvanların gelib su içdikləri, insan gözündən uzaq, yapayalnız. Gözləri çardağın arhasındakı karanfillərə çevrildi, onları uzun-uzadı seyr etdi. Kərənfillər niyə solmuş, onlara su vermirlərmi, deyə soruşdu. Kadın əsil mövzuya dönmək istəyər kimi cəld karanfillərə bahdı, həqiqətən onların solmağa başladığını görüncə: isti azalsın, mən sularını verərəm, dedi o saat”. Kitabda karanfil mübhəm eşqin, sevginin, məncə, nakam sevginin simvoludur. Müəllif belə istəmişdi…
Kitab sona varmaqda… qorhulu nağıl sonu kimi qorhunc ayrılıq, onun qohusu burnumu tütüməkdə artıq… Seyfi yüksək ideallar adamıdır; o bu ideyaya gözünü qırpmadan canını qurban verirsə, onu daha bu fədakarlıqdan ne sahlaya bilər?! Sevgisini qurban verir, belki də ömründə bircə dəfə bulacağı bir eşqi vardı, o qan-qada meydanında bir nemət olarak bulduğu bu hədiyyə-sevgini qurban verir. Gözünə ayrı heç ne görünmür. Amma ona zəif də olsa haqq verirdim. Öz sözləriyə “buraya savaşmağa gəldim, könül peşində qoşmağa deyil”
Beleliklə, öncədən nisgilini-ağrısını duymuşdumsa da, yenə də kitabın sonu mənimçün gözlənilməz oldu; lakin yaşadığım o illərin təcrübələrini hatırladım, tarihçələri diriltdim… Zatən şahidi idim ve o tarihi diriltməyə ehtiyac qalmamışdı, o bizimlə yürüyürdü. Yenə də … bu sonluq məni kədərləndirdi; mənim kimi şübhəsiz, bir çok ohucunu da qəhər boğacaqdır. Həyatı da aynı Nuri Paşa kimi tərk etmək- Nuri paşanın qismətində iqtidarsız ve hakimiyyətsiz bulduğu ve cümhuriyyətə qovuşdurduğu Azərbaycanı ingilislərin fitnəsi ilə bir arzu edilməz təhlükeli şəhs timsalında tərk etmək var idisə Seyfini rus düşünceli keqebeçilərinin hökmü uzaqlaşdırmalı idi can qədər sevdiyi Azərbaycandan. Bəs Seyfi bəyin ölümü? Nuri paşanın ölümü yada düşür… Bənzərliklər çohdur.
Kısa ömrü təlatümlər, boran – çovğun sazağında keçən bu ömür demək olar ki, əzab-əziyyətsiz sona yetir; keqebeçilər onu gecələməyə qərar verdiyi yerdə qazla boğur. Amma ölümqabağı burnuna dolan ve onu bihuş edən zəhəri o, karanfil qohusu zənn etməklə bu doymadığı həyatı hoşbəht-hoşbəht tərk edir. Nuri paşanın, ardınca Seyfi kimi genclərin gəldiyi yol “Bir millət iki devlet” amalına bizi gətirən yoldur… Azərbaycanı çalın-çarpaz dolanan bu yolda, onun sağında-solunda daim hatirə çiçəkləri – şehid qanından, mənim gözyaşlarımdan su içən lalələr, karanfillər açacaq…
Fəlakət bağını gəzdim sərsəri,
Fəryadi-zarımı duyan qalmamış.
Aradım o igid, şahin ərləri
Yatdıkları yerdən nişan qalmamış…
Amma biz-bizlər qaldıq… Kaldıq ki, şehid ve qazilərimizin hatirəsini ürəyimizin ən dərin guşələrində həzin-həzin sahlayaq. Biz qaldıq ki, Vətən tarihimizin pozulmaz, solmaz səhifələrinə bu qeyrəti, kardaşlıq vəfasını həkk edək…